Azinfo » Xəbər » Hadisə » Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub

Tarix : 28-04-2022   /   Xəbər / Hadisə  
Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə Pirşağı qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Baxşıyev Mübariz Dilavər oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz