Tbilisidə 4 nəfəri bıçaqlayan şəxs saxlanılıb
Tbilisidə 4 nəfərə soyuq silahla hücum edilib.Hadisə ötən gün paytaxtın İsani rayonu ərazisindəki Dirsi yaşayış kompleksində baş verib. Məlumata görə 1984-cü il təvəllüdlü şəxs soyuq silahla biri azyaşlı olmaqla dörd nəfəri yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da onlardan 1979-cu il təvəllüdlü G.S-nın həyatını xilas etmək mümkün olmayıb.
Şərhlər: 0
Şərh yaz
