Azinfo » Xəbər » Hadisə » Bakıda binanın qarşısında ağaclar yanıb

Bakıda binanın qarşısında ağaclar yanıb

Tarix : 29-04-2022   /   Xəbər / Hadisə  
Bakının Nəsimi rayonunda yanğın baş verib.

Ceyhun Səlimov 89 ünvanında yerləşən binanın qarşısındakı ağaclıq ərazidə qəflətən alovlanma baş verib.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 texnikası və canlı briqadası cəlb edilib. Alovun ətrafda olan binaya və avtomobillərə keçməsinin qarşısı alınıb.

Hazırda ağaclıq ərazidə olan alovun qarşısı tam alınıb.

Şərhlər: 0

Şərh yaz