Azinfo » Xəbər » Hadisə » “Torqovı” sakinləri: yanğına restoran səbəb olub

“Torqovı” sakinləri: yanğına restoran səbəb olub

Tarix : 25-04-2022   /   Xəbər / Hadisə  

Bakının Səbail rayonunda beşmərtəbəli binada yanğın baş verib.

Hadisə Mərdənov qardaşları küçəsi 3 ünvanında yerləşən beşmərtəbəli binanın yaxınlığında yanğın başlayıb.

Sakinlər bildirir ki, binaya bitişik olan restoran təhlükəsizlik qaydalarını pozub. Mətbəxin tüstü bacasından bina ilə restoranın arasında olan taxta tullantılarının üzərinə alov düşüb. Nəticədədə yanğın baş verib. Əraziyə FHN-nin 3 yanğınsöndürən maşını və canlı briqadası cəlb esilib. Alovun qarşısı alınıb.

Bundan əlavə sakinlər iaşə obyektinin qanunsuz olaraq balkon tikdiyini də qeyd ediblər.

Daha sonra hadisənin baş verdiyi ünvana Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rövşən Süleymanov gəlib. Sakinlərin şikayəti dinlənilib. Şöbə müdir bildirilib ki, hazırda araşdırma işləri aparılır.

Şərhlər: 0

Şərh yaz