Azinfo » Xəbər » Hadisə » Şəki şəhərində evdə yanğın baş verib.

Şəki şəhərində evdə yanğın baş verib.

Tarix : 27-03-2022   /   Xəbər / Hadisə  

Şəki şəhərində  fərdi yaşayış evi yanıb.

Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 16 radələrində rayonun Kiçik Dəhnə kəndində, kənd sakini Lətafət Seyfullah qızı Əliyevaya məxsus, ümumi sahəsi 170 kv/m olan kürsülü birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz