Azinfo » Xəbər » Hadisə » 15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

15 gün əvvəl Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapılıb

Tarix : 01-05-2022   /   Xəbər / Hadisə  
15.04.2022-ci il tarixində Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Allahverdi Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb.

Şərhlər: 0

Şərh yaz