Azinfo » Xəbər » Hadisə » BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapılıb

BDU-nun itkin düşən tələbəsinin dənizdə meyiti tapılıb

Tarix : 27-03-2022   /   Xəbər / Hadisə  


Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Azinfo.az FHN-nin saytına istinadən verdiyi xəbərə görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ. Qəmbərli Bakı Dövlət Universiteti Geologiya fakültəsinin tələbəsi olub.

Şərhlər: 0

Şərh yaz