Şirvanda yataqxana yanıb, sakinlər təxliyə edilib
Şirvan şəhərində yataqxanada yanğın olub.Fövqəladə Hallar Nazirliyinin saytının xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər: 0
Şərh yaz
