Gəncədə yeniyetmə oğlan bıçaqlanıb
Gəncədə bıçaqlanma baş verib.Hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb.
2005-ci il təvəllüdlü Abbasov Azər Vüsal oğlu iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal 17 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Onun kim tərəfindən bıçaqlanması isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
