Azinfo » Xəbər » Hadisə » Xaçmazda ata və oğulu maşın vurub

Xaçmazda ata və oğulu maşın vurub

Tarix : 28-03-2022   /   Xəbər / Hadisə  
 
Xaçmazda minik avtomobili iki piyadanı vurub.

Azinfo.az APA-nın şimal bürosunun verdiyi məlumata istinadən bildirir ki, Xaçmaz rayonunun Nərəcan kənd sakini, 2000-ci il təvəllüdlü Qurbanov Emil Vahab oğlu idarə etdiyi “Hundai” markalı avtomobillə piyadalar –1970-ci il təvəllüdlü Abdullayev İdris Kərəm oğlu və övladı 1993-cü il təvəllüdlü Abdullayev Firuz İdris oğlunu vurub.

Müxtəlif bədən xəsarətləri alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər: 0

Şərh yaz