Azinfo » Xəbər » Hadisə » İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

İmişlidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Tarix : 08-05-2022   /   Xəbər / Hadisə  
İmişlidə yol qəzası baş verib.

Hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobusun "Mercedes" markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalağayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Şərhlər: 0

Şərh yaz