Masallıda minik avtomobili mikroavtobusla toqquşub

Masallıda minik avtomobili ilə mikroavtobus toqquşub, 3 qadın xəsarət alıb.
Masallı rayonun Qarğalıq kəndi ərazisində avtomobillərin toqquşması nəticəsində Qədirli kənd sakinləri olan 1980-ci il təvəllüdlü Günel İslamova, 1977-ci il təvəllüdlü Südabə Camalova və 1971-ci il təvəllüdlü İlhamə Salayeva xəsarət alıblar.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
