Azinfo » Xəbər » Hadisə » Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Bakıda yaşayış binasında təhlükəli hal aradan qaldırılıb

Tarix : 11-05-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsinin eyvanında 2 ədəd peyk antenasının asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər antenaları müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Şərhlər: 0

Şərh yaz