Azinfo » Xəbər » Hadisə » Yasamalda intihara cəhdin qarşısı alınıb

Yasamalda intihara cəhdin qarşısı alınıb

Tarix : 11-05-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Şərhlər: 0

Şərh yaz