Azinfo » Xəbər » Hadisə » Bakıda kişini avtomobil vuraraq komaya salıb

Bakıda kişini avtomobil vuraraq komaya salıb

Tarix : 12-05-2022   /   Xəbər / Hadisə  
Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev İntiqam Vaqif oğlu yolu keçərkən onu “Mercedes” markalı minik maşını vurub.
Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlər piyadanın xəstəxanaya daxil olarkən vəziyyətinin ağır olduğunu bildirib.
Hazırda yaralı komatoz vəziyyətindədir.

Şərhlər: 0

Şərh yaz