Azinfo » Xəbər » Hadisə » FHN: Ötən gün 16 yanğına çıxış olub, 4 nəfər xilas olunub

FHN: Ötən gün 16 yanğına çıxış olub, 4 nəfər xilas olunub

Tarix : 14-05-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in saytının verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edən 1 nəfər xilas olunub.

Şərhlər: 0

Şərh yaz