Azinfo » Xəbər » Hadisə » Beyləqanda avtomobillə traktor toqquşub, ölən var

Beyləqanda avtomobillə traktor toqquşub, ölən var

Tarix : 23-05-2022   /   Xəbər / Hadisə  
Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən verilən məlumata görə, mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi “T-28” markalı traktor toqquşub. Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Rasim Fərzəliyev orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz