Azinfo » Xəbər » Hadisə » Bərdədə kişi arvadını güllələyərək qətlə yetirib

Bərdədə kişi arvadını güllələyərək qətlə yetirib

Tarix : 26-05-2022   /   Xəbər / Hadisə  
Mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan  verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Şərhlər: 0

Şərh yaz