Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, mayın 27-də saat 4 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində rayon sakini A.Dadaşov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Şərhlər: 0
Şərh yaz
