Azinfo » Xəbər » Hadisə » Bakıda evdən 91 yaşlı kişi meyiti tapılıb

Bakıda evdən 91 yaşlı kişi meyiti tapılıb

Tarix : 30-05-2022   /   Xəbər / Hadisə  
Yasamal rayonunda evdən ahıl kişi meyiti aşarlanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1931-ci il təvəllüdlü Əliyev Yusif Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər: 0

Şərh yaz