Azinfo » Xəbər » Hadisə » Bakıda mənzildən 73 yaşlı qadının meyiti tapılıb

Bakıda mənzildən 73 yaşlı qadının meyiti tapılıb

Tarix : 31-05-2022   /   Xəbər / Hadisə  
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Surkova Taisa Savelovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər: 0

Şərh yaz