Azinfo » Xəbər » Hadisə » Maştağada evdən 15 min manatlıq oğurluq olub

Maştağada evdən 15 min manatlıq oğurluq olub

Tarix : 31-05-2022   /   Xəbər / Hadisə  
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

DİN-dən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz