Azinfo » Xəbər » Hadisə » Bakıda qəza zamanı iki nəfər xəsarət alıb

Bakıda qəza zamanı iki nəfər xəsarət alıb

Tarix : 02-06-2022   /   Xəbər / Hadisə  
Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Əsas yolda hərəkət edən “Toyota” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək köməkçi yoldan çıxan “Niva”ya çırpılıb. “Niva” zərbənin təsirindən işıq dirəyinə çırpılıb.

“Niva”nın sürücüsü və azyaşlı sərnişini ağır xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz