Azinfo » Xəbər » Hadisə » Bakıda məktəbdən oğurluq edilib

Bakıda məktəbdən oğurluq edilib

Tarix : 10-06-2022   /   Xəbər / Hadisə  
Bakıda məktəbdən, idman zalından və evdən oğurluq edən şəxs tutulub.

DİN-dən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsində yerləşən tam orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 2 ədəd lobzikin, bir idman zalından 800 manat pul, noutbuk, qol saatı, skaner və “DVR”, inşa olunan bir evdən isə 1000 manat dəyərində 3 ədəd laqunda və 2 ədəd drilin oğurlanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz