Kürdəxanıda mənzildə yanğın olub, körpə ölüb
TƏBİB Sabunçu rayonu, Kürdəxananı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınan yanğında xəsarət alanlarla bağlı açıqlama verib.TƏBİB-dən bildirilib ki, yanğında xəsarət alanlar səhər saatlarında Yanıq Mərkəzinə yerləşdirilib. Hazırda onların müayinələri davam etdirilir. Xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat veriləcək.
Bakıda mənzildə yanğın olub.
Hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.
Mənzildə baş verən yanğın zamanı azyaşlı körpə dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. Hazırda yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.
Şərhlər: 0
Şərh yaz
