Azinfo » Xəbər » Hadisə » Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Yevlaxda avtomobil piyadanı vuraraq öldürüb

Tarix : 05-07-2022   /   Xəbər / Hadisə  
Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Havarlı kəndində qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1997-ci il təvəllüdlü Ziyəddin Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Vaqif Məmmədzadəni vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər: 0

Şərh yaz