Bakıda sərnişin avtobusu avtomobillə toqquşub, 5 nəfər yaralanıb
Qara Qarayev prospektində metronun “Xalqlar Dostluğu” stansiyasının qarşısında “Çinar Trans” MMC-nin istismarında olan 40 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub.Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.
Şərhlər: 0
Şərh yaz
