Azinfo » Xəbər » Sosial xəbərlər » Bakıda baş verən partlayışda xəsarət alanlardan 6 nəfər evə buraxılıb

Bakıda baş verən partlayışda xəsarət alanlardan 6 nəfər evə buraxılıb

Tarix : 03-04-2022   /   Xəbər / Sosial xəbərlər  

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən  verilən məlumata görə, ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

Şərhlər: 0

Şərh yaz