Azinfo » Xəbər » Hadisə » Kafedə 7 min manat oğurlanıb

Kafedə 7 min manat oğurlanıb

Tarix : 15-07-2022   /   Xəbər / Hadisə  
Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E. Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə  DİN-dən məlumat verilib.

Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C. Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz