Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb

Sabirabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Qaragüney kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota” markalı avtomobillə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində birincinin sürücüsü hadisə yerində ölüb.
Digər sürücü Şirvan şəhərində yerləşən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
