Bakıda avtomobil piyadaları vurub, ölən var

Bakıda avtomobil piyadaları vurub.
Hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib.
1996-cı il təvəllüdlü Kənan Allahverdili idarə etdiyi KİA “Rio” markalı avtomobillə şəhər sakinləri - 1998-ci il təvəllüdlü Afət Dadaşovanı və 1968-ci il təvəllüdlü Zemfira Hacıyevanı vurub.
Xəstəxanaya yerləşdirilən piyadalardan Zemfira Hacıyeva ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Şərhlər: 0
Şərh yaz
