Cəlilabadda iki yük avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunda “КamAZ” və “Ford” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib. Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə 1 nəfəri deformasiyaya uğrayan “Ford” markalı nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər: 0
Şərh yaz
