Azinfo » Xəbər » Hadisə » FHN: Ötən sutka 111 yanğına çıxış olub, 7 nəfər xilas edilib

FHN: Ötən sutka 111 yanğına çıxış olub, 7 nəfər xilas edilib

Tarix : 17-08-2022   /   Xəbər / Hadisə  
Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 111 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 3 nəfər, Abşeron rayonunun Novxanı kəndində “Niva” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər və Sumqayıt dənizkənarı bulvarında intihar məqsədilə özünü dənizə atan 1 nəfər xilas edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər: 0

Şərh yaz