Azinfo » Xəbər » Hadisə » Bakıda yük avtomobilinin nasaz olması qəzaya səbəb olub

Bakıda yük avtomobilinin nasaz olması qəzaya səbəb olub

Tarix : 19-08-2022   /   Xəbər / Hadisə  


Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük maşının sürücüsü, avtomobil nasaz olduğu üçün tunelin girişində nəqliyyat vasitəsini saxlayıb. Bu zaman yüksək sürətlə idarə olunan “Hyundai” markalı minik maşını yük avtomobilinə çırpılıb.

Zərbənin təsirindən yük maşını tunelin beton divarına dəyib.

Qəza nəticəsində “Hyundai”-ın sürücüsü ağır xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz