Azinfo » Xəbər » Hadisə » Bərdədə yeni doğulan körpə ölüb

Bərdədə yeni doğulan körpə ölüb

Tarix : 22-08-2022   /   Xəbər / Hadisə  


Yeni doğulmuş uşağın Bərdə rayon Mərkəzi Rayon Xəstəxanasında ölməsi faktı Bərdə rayon prokurorluğunda araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, avqustun 20-də Ağcabədi rayon sakini, 1997-ci il təvəllüdlü ananın Bərdə rayon mərkəzi xəstəxanası PHŞ-nin Bərdə doğum evində qeysəriyyə əməliyyatı ilə doğulmuş uşağının həmin gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz