Azinfo » Xəbər » Hadisə » Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Tarix : 25-08-2022   /   Xəbər / Hadisə  


Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu, H. Seyidzadə küçəsində qeydə alınıb.

Şəhər sakini, 1985-ci il təvəllüdlü Zaur İbrahimovun idarə etdiyi "Toyata" markalı avtomobil hərəkətdə olan zaman piyada, 1950-ci il təvəllüdlü Fazil Qasımovu vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər: 0

Şərh yaz