Azinfo » Xəbər » Hadisə » Oğuzda fərdi yaşayış evi yanıb

Oğuzda fərdi yaşayış evi yanıb

Tarix : 30-08-2022   /   Xəbər / Hadisə  
Oğuzda fərdi yaşayış evi yanıb.

Gecə saat 02 radələrində rayonun Xaçmazqışlaq kəndində, kənd sakini Natiq Sabir oğlu Seyidəliyevə məxsus, ümumi sahəsi 120 kv/m fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanara konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz