Azinfo » Xəbər » Hadisə » Qobustanda 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Qobustanda 3 avtomobil toqquşub, 2 nəfər xəsarət alıb

Tarix : 08-09-2022   /   Xəbər / Hadisə  
Bakı-Qazax avomobil yolunda zəncirvari qəza olub.

Hadisə magistral yolun 61-ci kilometrliyində - Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 3 avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Onlardan birinin xəsarəti yüngül olduğundan yerində müdaxilə edilib.

Digər yaralı 1963-cü il təvəllüdlü Xəzər Yunusovun vəziyyəti ağır olduğundan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz