Göygöldə evdə partlayış olub, xəsarət alan var
Göygöldə partlayışla nəticələnən yanğın olub.Hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.
Hadisə nəticəsində 1948-ci il təvəllüdlü Taryel Hüseynov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstəyə tibbi yardım göstərilib,vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər: 0
Şərh yaz
