Azinfo » Xəbər » Hadisə » Sabirabadda avtomobili aşıran sürücü ağır yaralanıb

Sabirabadda avtomobili aşıran sürücü ağır yaralanıb

Tarix : 26-09-2022   /   Xəbər / Hadisə  
Sababiradda baş verən qəzada sürücü ağır yaralanıb.

Hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər: 0

Şərh yaz