Bakıda “Baku Bus”-un avtobusu qəzaya uğrayıb
Bakının Yasamal rayonunda yol qəzası baş verib.Hadisə Şəfayət Mehdiyev küçəsində baş verib.
Belə ki, “Opel” markalı avtomobilinin sürücüsü sükana nəzarəti itirib.
Bundan sonra maşın “Baku Bus” MMC-yə məxsus avtobusa çırpılıb.
Qəza zamanı yalnız avtomobilin sürücüsü xəsarət alıb.
Qeyd edək ki, avtomobilin sürücüsü hipertoniyadan əziyyət çəkirmiş.
Şərhlər: 0
Şərh yaz
