Azinfo » Xəbər » Hadisə » FHN: Ötən sutka 17 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN: Ötən sutka 17 yanğına çıxış olub, 3 nəfər xilas edilib

Tarix : 13-12-2022   /   Xəbər / Hadisə  
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, yanğın zamanı 3 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Şərhlər: 0

Şərh yaz