Azinfo » Xəbər » Hərbi » Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir

Türkiyənin hərbi rəhbərliyi Bakıda səfərdədir

Tarix : 24-09-2024   /   Xəbər / Hərbi  

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Bakıya gəliblər.

Azinfo.az xəbər verir ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, türkiyəli qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər yüksəkvəzifəli şəxsləri qarşılayıblar.

Türkiyə nümayəndə heyətinin səfəri zamanı keçiriləcək görüşlərdə, Azərbaycan ilə qardaş Türkiyə arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Şərhlər: 0

Şərh yaz