Azinfo » Xəbər » Hərbi » MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Tarix : 12-05-2022   /   Xəbər / Hərbi  
Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən
Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər: 0

Şərh yaz