Azinfo » Xəbər » Sosial xəbərlər » Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Sumqayıtda vətəndaşları qəbul edəcək

Tarix : 17-04-2023   /   Xəbər / Sosial xəbərlər  
zərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aprelin 20-də Sumqayıt şəhərində, Nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında saat 10:00-dan Sumqayıt şəhəri və Qubadlı rayonu sakinlərinin qəbulu keçiriləcək.

Azinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 19 aprel 2023-cü il tarixdə Sumqayıt Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Şərhlər: 0

Şərh yaz