Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir

Laçın-Xankəndi yolundakı aksiya 137 gündür davam edir

Tarix : 27-04-2023   /   Xəbər / Sosial xəbərlər  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Şuşa rayon ərazisində hava şəraitinin qeyri sabit keçməsinə baxmayaraq ictimai fəallar, aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 137-ci günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 137 gündür davam edir.

Şərhlər: 0

Şərh yaz