Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolunda ictimai fəallar aksiyanı gecəboyu davam etdirib

Laçın-Xankəndi yolunda ictimai fəallar aksiyanı gecəboyu davam etdirib

Tarix : 25-03-2023   /   Xəbər / Sosial xəbərlər  
Laçın-Xankəndi yolundakı aksiya 104 gündür davam edir.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

İctimai fəallar aksiyanı gecəboyu davam etdirib. Bu gün də günə Azərbaycan Dövlət Himnini səsləndirməklə başlayıblar.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Şərhlər: 0

Şərh yaz