Azinfo » Xəbər » Sosial xəbərlər » Laçın-Xankəndi yolundakı aksiya 46 gündür davam edir

Laçın-Xankəndi yolundakı aksiya 46 gündür davam edir

Tarix : 26-01-2023   /   Xəbər / Sosial xəbərlər  

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq, səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
Ekofəallar aksiyanın 46-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.
Şuşada havanın tempraturu -9 dərəcədir
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Şərhlər: 0

Şərh yaz