Azinfo » Siyasət » Daxili siyasət » Laçın-Xankəndi yolunda ekofəalların etirazları 36 gündür davam edir

Laçın-Xankəndi yolunda ekofəalların etirazları 36 gündür davam edir

Tarix : 16-01-2023   /   Siyasət / Daxili siyasət  
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində, Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Havanın şaxtalı olmasına baxmayaraq, eko-fəallar aksiyanın 36-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şərhlər: 0

Şərh yaz