Azinfo » Xəbər » Sosial xəbərlər » AMEA-da doktorantura və dissertanturaya qəbul elan edilib

AMEA-da doktorantura və dissertanturaya qəbul elan edilib

Tarix : 04-04-2022   /   Xəbər / Sosial xəbərlər  

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 1 aprel 2022-ci il tarixli 8/4nömrəli qərarına əsasən 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

Bu barədə  AMEA-dan xəbər verilib.

Bildirilib ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər 5 aprel - 5 may tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın müvafiq elmi müəssisələrində qəbul ediləcək.

Şərhlər: 0

Şərh yaz